Hindistan peyk əleyhinə silah sınaqdan keçiribbackend

Hindistan peyk əleyhinə silah sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu Hindistanın baş naziri Narendra Modi bəyan edib.

Nazir bildirib ki, Hindistan yerli istehsal olan silahla aşağı Yerətrafı orbitdə hərəkət edən peyki məhv edib.

Həmin silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən istehsal olunub.

N.Modinin sözlərinə görə, Hindistan artıq kosmik müharibəyə hazırdır.

Qeyd edək ki, dünyada yalnız 3 ölkə – ABŞ, Rusiya və Çin peyk əleyhinə silaha malikdir.

İnterPress.az