Roza gedib öz cırıq ağzını tikdirsin – Afətdən sərt sözlərbackend

Roza gedib öz cırıq ağzını tikdirsin – Afətdən sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, qalmaqala səbəb Afətin Rozanın illər əvvəl yayılan açıq-saçıq fotosunu \”Instagram\” hesabında paylaşması olub.

Paylaşıma cavab olaraq Roza Zərgərli bildirib ki, şəkil fotoşopdur və Afət Fərmanqızı buna görə qanun qarşısında cavab verəcək.

Lakin Fərmanqızının da cavabı gecikməyib:

\”Bizim heç kimlə işimiz yoxdur. O özü deyib ki, Afətin ağzını cıraram. Getsin öz cırıq ağzını tikdirsin, sonra kiminsə ağzını cırar. Biz onu aparıcı kimi tanımışıq. İndi eşidirik ki, özünə müğənni deyirmiş. Müğənnidirsə gəlsin oxuyaq da, niyə boş-boş danışmaqla məşğuldur ki?\”

Qadın müğənnilər arasında baş verən virtual müharibə sosial şəbəkədə də birmaənalı qarşılanmır. Afət Fərmanqızı bu məsələyə də münasibət bildirib:

\”Mən sənətimlə pulumu qazanıram. Ad çəkmək istəmirəm, amma görünən odur ki, qarşı tərəf başqa yollarla pul qazanmaqla məşğuldur. Ona görə səsi üzərində işləmək yerinə, başqa yerlərini düzəldirir. Əgər inkar edərsə, gəlsin həkimə yoxlamağa gedək. Özüm də müayinədən keçməyə hazıram. Əgər haramdasa silekon tapsa, təzə maşınımı ona verməyə hazıram. Yox əgər, mən onun bədənində silekon tapsam, onun maşını mənimdir\”.

Afət Fərmanqızı açıqlamasında Roza Zərgərlinin ailələri dağıtması barədə gəzən şaiyələrə də münasibət bildirib:

\”Ad çəkmiyəcəm. O yaşlı sənətkarın tərəfini saxlayır ki, həmin o yaşlı sənətkar özü də üç dəfə ailə dağıdıb. Eyni yolun yolçuları olduqları üçün ona tərəf durur. Mənə indi şəkil atıblar. Bu şəkli yayımlamaq istəmirəm, amma bilsin ki, onun bütün qaranlıqları barədə məlumatım var. Mənim belə bir qaranlığım yoxdur. Çünki bu məlumatları mənə izləyicilər atır. Demək var ki atır. Əgər mənim barədə də hər hansı qaranlıq məqam olsaydı, onda da elə məlumatlar olardı. Yenə deyirəm, bu barədə mənə irad tutacaq ən son insandır. Elə o yaşlı sənətkar da mənə irad bildirməsin. Özü də oxuya bilmir. Oxuya bilmirsə bu sahədə nə işi var?!\”

Son günlərdə gündəmdən düşməyən Fərmanqızı Rozanı məhkəməyə verəcəyini də qeyd edib:

\”Roza məni təhqir edib. Bu barədə məhkəməyə mütləq müraciət edəcəm. O yaşlı xanımın da danışıqlarına baxacam. Əgər adım çəkilibsə, onunla bağlı da müraciət edəcəm. Əsas da bilirsiz mən Rozaya təklif edirəm ki, bu sənətdən getsin. Oxuya bilmir. Bu sənət isə, oxumaq üçün istedadı olanlar üçündür. İnanın siz müğənni olmasaz da, ondan daha yaxşı oxuyarsız. Axşam da deyir ki, mən sənətkaram. Dedim səndən sənətkar olmaz, deyir nə vaxtsa olacam da. Dedim ki, sənətkar olunmur, sənətkar doğulur. Həm də bu insan mənim dövlətim əleyhinə sərt fikirlər səsləndirən biridir. Mən anlamıram ki, bu adam niyə hələ televiziyadan veriliş aparır? Bu məsələ də mənə müəmmalı qalır\”.

İnterPress.az