Yerevanda lombardçılar yenidən aksiya keçiriblərbackend

Yerevanda lombardçılar yenidən aksiya keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunmasını tələb ediblər.

Bu qanunda dövlət rüsumu 60 dəfə, yaxud 6 000 faiz artırılıb.

Aksiya iştirakçıları əllərində “Bizi işsiz qoymayın!”, “Belə ölkə qurmaq olmaz!” kimi şüarlar yazılan plakatlar tutublar.

Qeyd edək ki, martın 11-də Yerevanda lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları etiraz aksiyası keçiriblər.

İnterPress.az