Gürcüstanda nazirin evi qarət olunubbackend

Gürcüstanda nazirin evi qarət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə gün öncə naməlum şəxslər nazirin Tsxneti qəsəbəsindəki evinə daxil olaraq kifayət qədər bahalı əşyalar oğurlayıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyi G.Kobulianın evinin qarət olunması faktını nə təsdiq, nə də təkzib edib. Bununla yanaşı, nazirin qonşuları oğurluq faktı ilə bağlı dindirildiklərini bildiriblər.

Nazirin özü də yayılmış məlumatları jurnalistlərə şərh etməkdən imtina edib: “Sizin sualınıza cavab verməyəcəyəm, belə ki, bu, mənim şəxsi həyatıma aid məsələdir. Buna görə də şəxsi məsələ ilə bağlı suala cavab verməmək hüququmdan istifadə edirəm”.

“Rustavi 2” kanalının məlumatına görə, bir neçə həftə öncə Gürcüstanın parlament çoxluğunun rəhbəri Arçil Talakvadzenin də Tbilisidəki mənzili qarət olunub. Deputatın evindən nağd pul və A.Talakvadzenin adına qeydiyyata alınmış tapançanın olduğu seyf oğurlanıb. Oğurluğu törədən şəxs və ya şəxslər hələlik saxlanılmayıb.(report)

İnterPress.az