Gürcüstanda ABŞ vətəndaşı və ailəsini öldürən şəxsə ömürlük həbs cəzası verilibbackend

Gürcüstanda ABŞ vətəndaşı və ailəsini öldürən şəxsə ömürlük həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Qori Rayon Məhkəməsi qərar qəbul edib.

Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, cinayət xüsusi amansızlıqla törədildiyinə görə ömürlük həbs cəzası yeganə ədalətli qərar olub.

Qeyd edək ki, Rayn Smit, onun həyat yoldaşı və onların 4 yaşlı oğulları ötən ilin iyulunda Gürcüstanın Duşeti rayonunda qətlə yetirilib. Çoban olan M.Kobauri Smit ailəsini gəzinti zamanı müşayiət edib.

R.Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. İkili vətəndaşlığı olan R.Smit son illər Marneulidə yaşayıb. O, Azərbaycanın Qusar bölgəsində və Bakıda da fəaliyyət göstərib.

İnterPress.az