Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Borçalının ən böyük şəhərinin meri kim olacaq? - Ekspert rəyi

Gürcüstanda bəzi bələdiyyələrə seçkilər keçiriləcək. Seçkilərin keçiriləcəyi şəhərlərdən biri də Borçalıda azərbaycanlıların sıx yaşadığı ən böyük şəhər olan Marneulidir.

Dərc edilib: 27 mart 2019 [15:01]
Baxış sayı: 13284

Borçalının ən böyük şəhərinin merinin kim olacağı, Marneuli meri seçilmək uğrunda neçə namizədin mübarizə apardığı, namizədlərdən neçəsinin azərbaycanlı olduğu, hansı partiyaların mer vəzifəsinə qeyri-azərbaycanlı namizədlər irəli sürdüyü, onlardan hansının seçilmək şansının yüksək olduğunu Yenicag.ru-ya açıqlamasında tanınmış jurnalist, Rustavi-2 telekanalının reportyoru Ceyhum Məhəmmədli şərh edib

“Hal-hazırda mer vəzifəsinə iki namizədin adı açıqlanıb. İqtidardan, yəni “Gürcü Arzusu” partiyasından, Kvemo Kartli – Borçalı bölgəsinin keçmiş qubernator müavini Zaur Darğallı, Müxalifət partiyası “Avropalı Gürcüstandan” isə namizəd Əhməd İmamquleyevdir. Hələlik bu ana qədər olan nətciələr budur və ikisi də etniki azərbaycanlıdır.
Böyük ehtimalla, ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat” partiyası da öz namizədini irəli sürəcək ki, onun da azərbaycanlı olacağı qeyd olunur”, – deyə Məhəmmədli bildirib.

Ekspert qeyd edib ki, Marneuli əhalisi gənc olduqlarına görə hazırkı namizədlərin heç birinin elə də aktiv fəaliyyətinin şahidi olmayıb.

“Başqa partiyalardan hələ ki səs çıxmayıb. Qaldı ki hansı namizəd real iş görə bilər, bu haqda nəsə demək çətindir. İqtidardan olan namizəd Zaur Darğallı uzun müddətdir “Gürcü Arzusunun” hakimiyyəti dönəmində müxtəlif vəzifələrdə olub, ancaq hər hansı ciddi işlərlə yadda qalmayıb. Onun haqqında savadlı, tərbiyəli bir kadr demək olar, ancaq hansısa bir real işin müəllifi deyil. Cəmiyyət üçün hər hansı işlə yadda qalmayıb. Müxalifət partiyası “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev də elə bir işlərlə yadda qalmayıb. Sadəcə indiyə kimi milli və ictimai şüarlar səsləndirib, amma realda hər hansı fəaliyyətinin heç kim şahidi olmayıb. Bəlkə də müxalifətdə olması buna imkan vermir və ümid etmək olar ki, vəzifəyə gəlsə, nə isə edə bilər. Yuxarıda qeyd etdiyim hər iki namizəd dövlət dilini bilir”, – deyə Ceyhun Məhəmmədli vurğulayıb.

Keçmiş qalmaqallı mer Teymur Abazovun yenidən Marneuli bələdiyyəsinin rəhbəri postu uğrunda mübarizə aparıb-aparmayacağı məsələsinə isə ekspert belə münasibət bildirib:

“Teymur Abazova gəldikdə isə o, namizədliyini irəli sürməyib. Buna səbəb isə onun haqqında hələ də cinayət işlərinin davam etməsidir”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201