78 Gürcüstan vətəndaşı Almaniyadan deportasiya olunubbackend

78 Gürcüstan vətəndaşı Almaniyadan deportasiya olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə \”apsny.ge\” saytı məlumat yayıb. Bildirilir ki, Gürcüstan vətəndaşları Düsseldorfdan xüsusi reyslə deportasiya edilib. Onların Şenqen ölkələri ilə vizasız rejimin qaydalarını pozduğu deyilir.

Qeyd edək ki, Avropa İttifaqı Gürcüstanı viza rejimi qaydalarını pozmaqla bağlı problemləri həll etməyə çağırıb.

Bu ilin martında Avropa Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə baş tutan Gürcüstan-Aİ Assosiasiya Şurasının iclasında Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrində sığınacaq ala bilməyəcəklərini deyib. Belə ki Aİ Gürcüstanı təhlükəsiz ölkə hesab edir.

İnterPress.az