Etirazçılar Rostov-Bakı avtomobil yolunun bir hissəsini bağlayıbbackend

Etirazçılar Rostov-Bakı avtomobil yolunun bir hissəsini bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Rusiyanın \”Znak.com\” xəbər portalı məlumat verib.

RİA \”Dərbənd\”in əməkdaşı, həmçinin aksiyanın fəallarından olan Malik Butayevin bildirdiyinə görə, təxminən, min nəfər yolu bağlayıb. Onlar İnquşetiya başçısı Yunus-Bek Yevkurovun istefasını tələb edirlər.

Hadisə yerinə polis və xüsusi təyinatlı mobil dəstə əməkdaşları gəlib.

Qeyd olunur ki, etiraz aksiyası Maqas şəhərində martın 26-da başlayıb. Buna respublikanın sərhədlərini referendum olmadan dəyişdirməyə imkan verən \”İnquşetiya Respublikasının referendumu haqqında\” qanunun qəbul edilməsi səbəb olub. Aksiya bir gün üçün razılaşdırılsa da, iştirakçılar onu bitirməkdən imtina ediblər.

İnterPress.az