Əfqanıstanda İŞİD-lə “Taliban” atışma olub: 19 nəfər ölüb, 25 nəfər yaralanıbbackend

Əfqanıstanda İŞİD-lə “Taliban” atışma olub: 19 nəfər ölüb, 25 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Haber7”yə istinadən xəbər verir ki, bunu Kunar əyalətinin valisi Əbdül Səttar Mirzakval KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, atışma əyalətin Çapadərə rayonunda baş verib.

Mirzakval bildirib ki, atışma nəticəsində İŞİD-in silahlısı 17 ölüb, 15-i yaralanıb, “Taliban”ın isə 2 üzvü ölüb, 10 silahlısı yaralanıb.

Çapadərənin icra başçısı Xəlilullah Xəlili deyib ki, atışma nəticəsində “Taliban” Dərə-iNanglam və Dərə-i Digel bölgələrini ələ keçirib. O, atışma nəticəsində 2 min ailənin bölgə tərk etdiyini vurğulayıb.

İnterPress.az