Paşinyanın reytinqi aşağı düşübbackend

Paşinyanın reytinqi aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Qraparak”a istinadən xəbər verir ki, bu, Ermənistan Milli təhlükəsizlik Xidmətinin mütəmadi olaraq keçiridiyi rəy sorğusunun nəticəsinə əsasən müəyyən edilib.

Bildirilib ki, rəy sorğusunun nəticəsinə görə, cari ilin yanvarında Nikol Paşinyanın reytinqi 51 faizə düşüb, Serj Sarqsyan və partiyasının nüfuzu isə 4 faizdən 8 faizədək yüksəlib.

Qeyd edək ki, ötən il dekabrın 9-da Ermənistanda keçirilən növbədənəkənar parlament seçkilərində “Mənim addımım” seçki bloku və “Çıxış” fraksiyasının lideri Nikol Paşinyanın başçılıq etdiyi siyasi 70,43 faizi səs toplayaraq, birpatriyalı hökuməti qurublar.

Paşinyanı dəstəkləmiş iş adamı, milyarder Qagik Tsarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası 8,27 faiz (103 824), İşıqlı Ermənistan 6,37 faiz (80 024) partiyaları 5 faizlik seçki baryerini aşıblar.

Keçmiş hakim Ermənistan Respublikaçılar Partiyası 4,7 faiz səs toplayaraq 5 faizlik baryeri aşa bilməyib.

İnterPress.az