Qırğız Respublikasında Rusiyanın hərbi bazası üçün icarə haqqı qaldırılıbbackend

Qırğız Respublikasında Rusiyanın hərbi bazası üçün icarə haqqı qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az RİA \”Novosti”yə istinadən xəbər verir ki, Prezident Vladimir Putinin Qırğız Respublikasına səfəri zamanı imzalanan sənəddə icarə və bəzi təşkilati məsələlərə dair müəyyən dəyişikliklər əksini tapıb. Bununla yanaşı, tərəflər hərbi və hərbi texniki əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməklə bağlı razılığa gəliblər.

Dərc olunan protokol layihəsinə görə, Kant hərbi hava bazasının illik icarə haqqı 4,5 milyon dollardan 4,79 milyon dollaradək artırılıb.

Qeyd edək ki, paytaxt Bişkəkdən 20 kilometr şərqdə 2003-cü ildə açılan Kant hərbi hava bazasına dair Qırğız Respublikası ilə Rusiya Federasiyası arasında saziş 2012-ci ildə imzalanıb.

Kant hərbi hava bazası ilə bağlı məsələnin iki ölkə prezidentləri Sooronbek Jeyenbekov və Vladimitr Putin arasındakı danışıqlarda başlıca mövzu olub.

İnterPress.az