Tbilisidə Azərbaycan və Gürcüstan gömrükçüləri arasında görüş keçirilibbackend

Tbilisidə Azərbaycan və Gürcüstan gömrükçüləri arasında görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfdən DGK-nin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin iştirak etdiyi görüşdə Gürcüstanı Gəlirlər Xidmətinin baş direktoru Vaxtanq Laşkaradze, Gömrük Departamentinin rəhbəri Mamuka Djanqulaşvili və onun müavini Kaxaber Baramia təmsil ediblər.

Görüşdə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi ilə bağlı Azərbaycan və Gürcüstanın birgə regional layihəsi müzakirə olunub, tərəflər NCTS-yə üzvlük istiqamətində görülən işlər barədə məlumat veriblər.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində yeni \”İpək Yolu – Abreshumis Gza\” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair məsələlər də müzakirə mövzusu olub. Bununla əlaqədar saziş layihəsinin imzalanmasından sonra sazişin müddəalarına əsasən zəruri mexanizmin icrası üçün müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib. Gürcüstan gömrük xidmətinin nümayəndələri layihənin icrasına Asiya İnkişaf Bankının maliyyə dəstəyi göstərəcəyini bildirib.

Daha sonra görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalarda yüklərin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə dair fikir mübadiləsi aparılıb, bu il aprelin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüşün keçirilməsi razılaşdırılıb.

İnterPress.az