Bu il Azərbaycanda 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılırbackend

Bu il Azərbaycanda 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya verilən məlumata görə, sosial müavinətlərin də avtomatlaşdırılmış təyinat mexanizminin yaradılması üçün nazirlik tərəfindən müvafiq işlər aparılır.

Cari ilin əvvəlindən avtomatlaşdırılmış pensiya təyinatı vasitəsilə bu günədək artıq 7 min nəfərə elektron qaydada pensiya təyinatı aparılıb. Pensiya yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün də təyin edilmiş pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə SMS, e-mail və ya rəsmi məktubla onlara məlumat verilib. Bununla da pensiya yaşı çatan vətəndaşların onlara pensiya təyin olunması üçün müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyac olmadan, onların pensiya hüququ reallaşdırılıb.

İnterPress.az