Azərbaycana gələn və ölkədən çıxan pul baratlarının həcmi artıbbackend

Azərbaycana gələn və ölkədən çıxan pul baratlarının həcmi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, nəticədə pul baratları üzrə 718,3 mln. dollar həcmində müsbət saldo yaranıb.

Pul baratlarının həcminin formalaşmasına gəlincə, Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2,9 mlrd. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 390 mln. dollarlıq profisit yaranıb.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5,7 mlrd. dollar olub. Bunun 71,5%-i, yəni 4,1 mlrd.dolları Azərbaycandan xarici ölkələrə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini – 2,8 mlrd.dollarını beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (geriyə qayıdışı), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (358,1 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (488,2 mln. dollar) təşkil edir.

Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artması dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

İnterPress.az