“Cəlil Məmmədquluzadə” tankeri təmirdən sonra yükdaşımalara cəlb olunubbackend

“Cəlil Məmmədquluzadə” tankeri təmirdən sonra yükdaşımalara cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başa çatdırılıb. Təmir müddətində gəminin sualtı, suüstü hissəsi, göyərtəsi, maşın şöbəsi təmizlənib və rənglənib. Baş mühərrik, köməkçi mühərriklərdə və nasoslarda təmir işləri görülüb. Maşın şöbəsində və baş göyərtədə boru sistemlərində yararsız hissələr dəyişdirilib. Həmçinin gəmi üzrə elektrik-quraşdırma işləri yerinə yetirilib. Bununla belə, gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da yenilənib.

“Cəlil Məmmədquluzadə” 8 min tonluq tankeri artıq dəniz sınağından uğurla çıxıb və yenidən yükdaşımalara cəlb edilib.(ona)

İnterPress.az