İqtisadiyyat Nazirliyindəki İşçi Qrupu “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkarı fərdi qaydada qəbul edibbackend

İqtisadiyyat Nazirliyindəki İşçi Qrupu “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkarı fərdi qaydada qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən verilən məlumata görə, 29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 mln. manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min m2 olan 680 yaxın ticarət obyekti təklif olunub. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min m2 olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb.

Zərər çəkmiş sahibkarlar müraciət etdiyi halda, əlavə qəbul təşkil ediləcək.

İnterPress.az