Bakıda yol polisinin reydi zamanı qəza baş verib – VİDEObackend

Bakıda yol polisinin reydi zamanı qəza baş verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən keçirilən reydi \”Report\”un əməkdaşları da izləyib.

Reyd zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrini, ötmə və manevr qaydalarını, eyni zamanda işıqforun qırmızı işığının tələblərini pozan sürücülərlə profilaktik və maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.

Reyd zamanı avtomobil qəzası da qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Volkswagen” markalı avtomobilə çırpılıb. Yol polisi əməkdaşları dərhal qəza baş verən əraziyə yaxınlaşaraq əvvəlcə iki sürücülərin xəsarət alıb-almaması ilə maraqlanıb.

DYPŞ əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər.

Qeyd edək ki, sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

İnterPress.az