Azərbaycanlılar və Gürcülər arasında qanlı dava -VİDEObackend

Azərbaycanlılar və Gürcülər arasında qanlı dava -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az Rustavi2 kanalına istinadən xəbər verir ki, hadisə Calqa rayonun Bareti kəndində baş verib.

Verilən məlumata görə Bareti kəndində gənclərdən ibarət iki qrup bir biri ilə dava ediblər.
Yerli svanlar və azərbaycanlılar arasında baş verən davada iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb iki ay əvvəl başlayan konfliktin səbəb olduğu deyilir.

DİN kəndə əlavə polis qüvvəsi yeridib. Baretini hal hazırda polislər nəzarətdə saxlayırlar. Konfliktin səbəbləri haqqında tərəflər heçnə danışmasalar da təsdiq edirlər ki, konflikt aylar öncədən başlayaraq getdikcə qızışıb.

Kəntdə baş verən münaqişə haqqında danışmaqdan demək olar ki, hər kəs boyun qaçırır. Yalnız bir dəstə təsdiq edir ki,münaqişə milli zəmində baş verib. Qarşı qarşıya gələn gənclərin valideynləri və yaşlılar isə hadisəyə səbəb kimi siqareti göstərirlər. Kənd rəhbəri bildirib ki, tərəfləri barışmağa dəvət etmişəm lakin bu faktı münaqişə tərəfləri təkzib edirlər.

Hazırda güc strukturları məsələnin sakitləşməsinə yalnız kəndi nəzarətdə saxlamaqla çalışırlar.

İnterPress.az