Bitkoin iri oyunçuların bazara geri qayıtması səbəbindən bahalaşırbackend

Bitkoin iri oyunçuların bazara geri qayıtması səbəbindən bahalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu sövdələşmələrin detalları və ekspertlərin şərhləri də sübut edir.

İyirmidən çox birja üzrə orta qiyməti hesablayan \”CoinMarketCap\” portalının məlumatına əsasən, Bakı vaxtı ilə saat 09:27-yə olan vəziyyətə görə, bitkoin 16,68% bahalaşaraq 4,817 min dollara çatıb. Kriptovalyuta torqlarının həcminə görə ən böyük birja olan \”Binance\” birjasında bitkoinin dəyəri 15,94% artaraq 4,793 min dollara çatıb.

Digər məşhur kriptovalyutaların qiyməti də artmaqdadır: \”Ethereum\” 7,11% artaraq 152,46 dollara çatıb, \”Ripple\” 8,24% artaraq 0,3636 dollara çatıb, \”Bitcoin Cash\” 9,75% artaraq 185,17 dollara çatıb.

\”CoinMarketCap\”ın məlumatına görə, kriptovalyuta bazarının kapitallaşması hazırda 163,242 milyard dollar təşkil edir. Ümumi bazarın təxminən 52%-i bitkoinin payına düşür.

\”Cryptolife.World\” beynəlxalq şəbəkənin investisiya üzrə direktoru Mansur Hüseynov bu dinamikanı iri oyunçuların bazara qayıdışı ilə izah edir.

\”Hesab edirəm ki, \”ayı bazarı\” bitdi. İndi bitkoin ya 3,2-5,6 min dollar aralığında torq olunacaq, ya da yalnız dəyər qazanacaq. Bazarda böyük xəbər yoxdur. Artım əhval-ruhiyyənin dəyişməsi və iri oyunçuların bazara qayıtması ilə əlaqələndirilə bilər\”, – o deyib.

İnterPress.az