Hamilə sevgilisini döyən azərbaycanlı “biznesmen”backend

Hamilə sevgilisini döyən azərbaycanlı “biznesmen”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təmiz dünya” İB-dən İnterpress.az-a verilən xəbərə görə, Ukraynada tanış olduğu qadını Azərbaycana dəvət edən 42 yaşlı şəxs çox keçmədən ona qarşı ağlagəlməz hərəkətlərə əl atıb. Bakıya gələn qadını qapısı bağlı otaqda saxlayaraq nadir hallarda özü ilə hansısa mərasimlərə aparıb. Həmin mərasimlərdə də ukraynalı xanımın onu sevdiyini və bu sevgisi üçün vətənini tərk edərək Azərbaycana gəldiyini söyləyib “qürrələnib”.

Bir müddət sonra isə qadın hamilə qalıb. Bundan əsəbləşən “biznesmen” ondan abort etdirməsini tələb edib. İlk övladı olduğuna görə qadın bununla razılaşmadığına görə şəxs ona qarşı fiziki zorakılıq tətbiq edib.

Nəhayət gənc qadın evdən sənədlərini götürərək qaçmağa və Ukraynanın ölkəmizdəki səfirliyinə müraciət etməyə nail olub.

Daxili İşlər Nazirliyinin məsələyə müdaxiləsindən sonra qadın “Təmiz dünya” İB-nin sığınacağına yerləşdirilib. Bu gün səhər saatlarında isə təşkilatın və səfirliyin vasitəsilə ölkəsinə yola salınıb.

Maraqlıdır ki, Ukraynada özünü “biznesmen” kimi təqdim edən şəxs Bakıda olduqca kasıb həyat tərzi keçirirmiş.

Elnarə
İnterpress.az