Rusiya martda gündəlik neft hasilatını 225 min barelə qədər azaldıbbackend

Rusiya martda gündəlik neft hasilatını 225 min barelə qədər azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya 2018-ci ilin dekabrında saziş çərçivəsində gündəlik hasilatın 228 min barelə qədər azaldılması öhdəliyini götürüb.

Nazir bildirib ki, bununla belə, PSA hasilatı nəzərə alınaraq azalma 190 min barel/gün təşkil edib: “OPEC+ çərçivəsində Rusiya martda PSA nəzərə alınmadan gündəlik neft hasilatını 225 min barel səviyyəsinə çıxıb. PSA nəzərə alındıqda isə bu hasilat həcmi gündəlik olaraq 190 min barel təşkil edib”.

Nazirin sözlərinə görə, 2019-cu ilin aprelində isə Rusiya neft hasilatını əvvəlcədən razılaşdırılmış səviyyədə saxlamaq niyyətindədir.

İnterPress.az