“Buta Airways” şirkətin Batumiyə birbaşa uçuşları sentyabrın 13-dək davam edəcəkbackend

“Buta Airways” şirkətin Batumiyə birbaşa uçuşları sentyabrın 13-dək davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazə verib.

Bakı-Batumi-Bakı istiqaməti üzrə mütəmadi reyslər iyunun 14-dən sentyabr ayının 13-nə qədər yerinə yetiriləcək. Uçuşlar cümə və bazar günü olmaqla həftədə 2 dəfə, Embraer E190, Airbus A319 və A320 tipli təyyarələrlə həyata keçiriləcək.

Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.

Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahil boyu bulvarı ilə məşhurdur. (report)

İnterPress.az