Bakıda Mədəniyyət Evində yanğın  – VİDEO- YENİLƏNİB -2backend

Bakıda Mədəniyyət Evində yanğın – VİDEO- YENİLƏNİB -2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

Bu barədə Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

İnterPress.az[/b xəbər verir ki, hadisə yerinə \”Təcili tibbi yardım\” maşınları cəlb olunub. Xəsarət alan yoxdur.

***

[b]İnterPress.az-ın məlumatına görə, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində yanğın baş verən binada Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yerləşir.

***

İnterPress.az-ın məlumatına görə, yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib.(report)

İnterPress.az