Venesuelada etirazçılar havadan atəşə tutuldu – VİDEObackend

Venesuelada etirazçılar havadan atəşə tutuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsidentin həvəskar görüntüsü VPİ “Twitter” səhifəsində yayılıb.

Kadrlarda insanların başları üzərindən uçan helikopterin zərbələrindən qaçıb canlarını qurtarmağa çalışdığını görmək olur. Ölən və yaralılar barədə məlumat verilmir.

Venesuelada siyasi böhran yanvarın 23-dən daha da dərinləşib. İrimiqyaslı etiraz dalğasından sonra parlamentin spikeri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. ABŞ, əksər Avropa İttifaqı üzvləri və Latın Amerikasının bir sıra ölkələri onu legitim dövlət başçısı kimi tanıyıb.

İnterPress.az