İran “sərhədlərini bağlayır”: Azərbaycanda kartof bahalaşacaqmı?backend

İran “sərhədlərini bağlayır”: Azərbaycanda kartof bahalaşacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xüsusən yaz aylarında kənd təsərrüfatı məhsullarına tələbatını bu ölkə vasitəsilə ödədiyindən bazarlarda nə baş verəcək? Soğanın kilosu 1.50-ni keçəndən sonra növbəti bahalaşma kartofda gözlənilirmi?

İnterPress.az xəbər verir ki, artıq kartofun qıt dövrü olduğundan bahalaşmağa başlayıb.

Qış mövsümündə Bakıda kartof 70 qəpik-1 manat arasında dəyişirdi. Hazırda qiymət 1-1.30 manat civarındadır. İl ərzində İrandan Azərbaycana 50 min ton kartof idxal olunur. Lakin bu ölkə ilk növbədə daxili bazarını qorumağa çalışır, çünki daşqın və sel bu ölkənin kənd təsrrüfatına ciddi ziyan vurub.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin fikrincə, İran kartofa olan tələbatın ödənilməsində il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

“İlkin yaz dövründə İranın belə bir qərar verməsi qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq Azərbaycanda faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq.

Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzində İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”.

Onun sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini yalnız payız-qış mövsümündə hiss edəcək.

İnterPress.az