Şamaxıda qəza: sürücü yaralandıbackend

Şamaxıda qəza: sürücü yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə bu gün 11 radələrində şəhərin avtovağzal dairəsində qeydə alınıb.

Bakı istiqamətində olan yük avtomobili dairədə hərəkətdə olan minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1974-cü il təvəllüdlü Şamaxı rayon Göylər kənd sakini Bayramov Səyyad Adil oğlu ağır bədən xəsarətləri alıb.

​O, Şamaxı rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az