Kukla Teatrında autizmli uşaqlar üçün “Qırmızıpapaq” nümayiş olunacaqbackend

Kukla Teatrında autizmli uşaqlar üçün “Qırmızıpapaq” nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, tamaşa teatrın tərkibindəki “Oyuq” teatr-studiyası tərəfindən hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə, səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyevadır.
Qeyd edək ki, tamaşa \”Dünya Autizm Maarifləndirmə ayı\” çərçivəsində nümayiş etdirilir. Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaq.

Xatırladaq ki, “Oyuq” teatr-studiyası bundan əvvəl autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” adlı tamaşa və bu mövzuda sosial çarx hazırlayıb.

İnterPress.az