Bakıda keçiriləcək Qran-priyə qatılacaq Azərbaycan yığmasının heyəti açıqlanıbbackend

Bakıda keçiriləcək Qran-priyə qatılacaq Azərbaycan yığmasının heyəti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, yığıncaqda mayın 13-14-də baş tutacaq yarışla bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

MPK prezidenti və Təşkilat Komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, turnirdə 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.
İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan millisinin heyətinin də dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 13 idmançı təmsil edəcək. Bunlar Murad Əliyev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyevdir (+100 kq).

Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək. Qadın idmançılarımız bunlardır: Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq).

Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək. Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan ən böyük nümayəndə heyəti ilə qatılacaq.

İlqar Rəhimovun sözlərinə görə, paracüdo yarışlarında idmançıların tibbi təsnifatın da vacib məsələ olduğunu qeyd edib: “ABŞ, Braziliya, Nigeriya, Avstraliya, İsrail, Keniya və Almaniya kimi ölkələrdən 6 nəfər klassifikator gələcək. Beynəlxalq klassifikatorlar heyəti yarışa qatılan idmançıları tibbi müayinədən keçirəcək və onların paracüdo yarışları üçün uyğun olub-olmadıqlarını müəyyən edəcək. Təsnifatlar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq”.

Təşkilat Komitəsinin iclasında, həmçinin o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq.

İnterPress.az