Ukraynada bayraq problemi həllini tapdı-DİASPORAMIZ SƏFƏRBƏR OLDUbackend

Ukraynada bayraq problemi həllini tapdı-DİASPORAMIZ SƏFƏRBƏR OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporpress.az xəbər verir ki, Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin qərargahı qarşısında tərsinə asılan Azərbaycan bayrağı artıq düz asılıb.

Bu barədə Diasporpress.az- UABD-dən məlumat verilib. UABD-nin Jitomir üzrə sədri Raci Qasımov bildirib ki, bayrağın yenilənməsi ilə bağlı bu işlə məşqul olan Ukrayna şirkətinə sifariş olunub. Onlarda səhər saatlarında bizfən xəbərsiz bayrağı həmin əraziyə asıblar. Təssüflər olsun ki, bu bizim iştirakımızla olmadığı üçün bayrağ yanlış asılıb. Sizin müraciətinizdən sonra bayrağımızın asılma qaydasında olan yanlışlıq aradan qaldırılıb.

Məsələyə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovda münasibət bildirib.

O, Bakupost.az-a bildirib ki, məsələdən xəbərdar olan kimi, yanlışlıq aradan qaldırılıb:

\”Ukraynanın əksər vilayətlərində ofislərimiz var. Bəzən belə texniki səhvlər də olur. Binadakı bayraqlar köhnəlmişdi. Yeni bayraqlar alınıb və bayrağı təmin edən ukraynalı şirkət işçiləri onu tərsinə asıblar. Lakin artıq məsələyə müdaxilə etmişik və düzəltmişik”.

H.Cavadov onu da deyib ki, Ukrayna şirkəti bu səhvə görə artıq onlardan üzr istəyib.

Diaspor sədri bayrağın yanlış asılmasına diqqət edən, onu ictimailəşdirən şəxsə təşəkkür edib:

\”Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlıların formalaşdırdığı diasporlar həmin ölkənin bütün vilayət və şəhərlərində öz nümayəndəliklərini açmalıdırlar və orada Azərbaycan bayrağı dalğalanmalıdır. Biz bu işi yüksək səviyyədə həyata keçiririk, həmin ofislər azərbaycanlıların evinə çevrilir, onlara hüquqi yardımlar göstərilir və.s. Sevinirəm ki, Azərbaycan ictimaiyyəti bu mərkəzləri nəzarətdə saxlayır. Buna görə də onlara təşəkkür edirəm”.

İnterPress.az