Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilibbackend

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM-dən verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.

İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.

Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olublar.

Həmçinin məktəbin kitabxanasına DİM tərəfindən 9 və 11-ci siniflərin buraxılış imtahanlarına daha səmərəli hazırlaşmaları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış \”Abituriyent\” jurnalının xüsusi buraxılışları hədiyyə edilib.

İnterPress.az