Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyibbackend

Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə mövqeyini dəyişməyib. Nikola Yurçeviçinin rəhbərlik etdiyi kollektiv 1202 xalla 108-ci yerdə qalıb. Yığma hesabat dövründə AVRO-2020-nin seçmə mərhələsinin I turundan Xorvatiya kollektivinə səfərdə 1:2 hesabı ilə uduzub. Bakıda isə Litva komandası ilə yoldaşlıq görüşündə qolsuz heç-heçə edib.

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, 1 pillə geriləyən Xorvatiya 1621 xalla 5-ci sıradadır. 1539 xalla 19-cu yerdə qərarlaşan Uelsin mövqeyi dəyişməyib. Üç pillə geriləyən Slovakiya 1482 xalla 32-cidir.

E qrupunda yeganə irəliləyən komanda Macarıstan olub. Bir pillə yüksələn kollektiv 1419 xalla 51-cidir. Azərbaycan millisi ilə qolsunz heç-heçə edən Litva isə 1102 xalla 132-ci sırada qalıb.

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Lider Belçikanı (1737 xal) Fransa (1734 xal) və Braziliya (1676 xal) izləyir. İki pillə irəliləyən Türkiyə 1457 xalla 39-cu sıradadır.

İnterPress.az