Rusiyalı nazir: “Azərbaycanla əməkdaşlığın yeni inkişaf yollarını görürük”backend

Rusiyalı nazir: “Azərbaycanla əməkdaşlığın yeni inkişaf yollarını görürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Bakıda keçirilən \”Rusiya sənaye müəssisələrinin Azərbaycandakı biznes missiyası\” adlı forumda Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.

“Əməkdaşlıq və kooperasiya nəticəsində aramızda illər ərzində yaranan isti, dost münasibətlərə çox əhəmiyyət veririk. Ölkələrimiz arasındakı ticarəti daha da genişləndiririk. Bu gün yeni-yeni mal növləri ilə ticarət dövriyyəmizi zənginləşdirməyə çalışırıq”, – rusiyalı nazir deyib.

O, hazırda ixracatı dinamik şəkildə artıran 60-dək rusiyalı şirkətin təşəbbüslərinin azərbaycanlı tərəfdaşları üçün də maraq kəsb edə biləcəyini dilə gətirib: “Ümidvaram ki, müştərək müəssisələr çərçivəsində yeni-yeni müqavilələrin imzalanması üçün birbaşa əməkdaşlıq formatı maksimum səmərəli olar”.

İnterPress.az