Zakir Həsənov: “Azərbaycan Ordusunun kiçik bir hissəsi 3 gündə Ermənistan ordusunu darmadağın etdi”backend

Zakir Həsənov: “Azərbaycan Ordusunun kiçik bir hissəsi 3 gündə Ermənistan ordusunu darmadağın etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

\”Dörddüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə məğlubiyyətə uğradılar.

Onlarda heç bir güc də yox idi. Bu da təbiidi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər\”, -deyə müdafiə naziri vurğulayıb.

Z.Həsənov bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: \”Biz onu bərha etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik.

Aprel döyüşlərində düşənin 300-dən çox şəxsi heyəti məhv edilib. 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu\”.

İnterPress.az