İnterPress.az xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Marneulidə bu gün açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində artıq 300-ə yaxın gənc qeydiyyatdan keçib: “Mərkəzdə Azərbaycan, gürcü, ingilis dili daxil olmaqla, ümumilikdə, 9 istiqamət üzrə kurslar keçiriləcək. Gürcüstanın azərbaycanlı gəncləri bilikli və savadlı olsalar, ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynaya bilərlər”.
F.Muradov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər: “Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticələrə nail ola bilərlər”.
İnterPress.az