Xanım sürücünün avtomobilinə oğrular girdi, qızılları oğurlandı – VİDEObackend

Xanım sürücünün avtomobilinə oğrular girdi, qızılları oğurlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, rayonun Mirəli Seyidov küçəsində naməlum şəxs və ya şəxslər Məmmədova Səidə Rəşid qızına məxsus “Subaru” markalı avtomobili qarət edib.

Oğrular avtomobilin sol arxa şüşəsini sındıraraq içərisində xeyli miqdarda pul, qızıl-zinət əşyaları və sənədlər olan çantanı oğurlayıblar.

Səidə Məmmədova oğurluq hadisəsindən bir müddət əvvəl ərazidə üzlərində maska olan naməlum şəxslərin dolaşdığını deyir. Zərərçəkmiş bu cür oğurluq hadisələrinin son zamanlar çoxaldığını bildirir.

Səidə Məmmədova hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az