Hollandlar ermənini qovdubackend

Hollandlar ermənini qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın \”Villem II\” klubu Ermənistan milli komandasının futbolçusu Araz Özbilizlə icarə müqaviləsini pozub.

İnterPress.az Tilburq təmsilçisinin rəsmi saytına istinadən məlumat verir ki, buna 29 yaşlı futbolçunun \”Fortuna Siddard\”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməməsi səbəb olub. Nəticədə Özbilizin komandadan qovulmasına qərar verilib. Bu hadisədən sonra futbolçu müqavilə üzrə məxsus olduğu \”Beşiktaş\” klubuna qayıdıb.

Qeyd edək ki, Erməni futbolçu ötən yay icarəyə verildiyi \”Villem II\”nin heyətində 14 matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. İstanbul təmsilçisi onu 2016-cı ilin yanvarında Rusiya \”Spartak\”ından transfer edib. (corner)

İnterPress.az