Nazirdən himnlə bağlı – ŞİKAYƏTbackend

Nazirdən himnlə bağlı – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov III MilliMun konfransının açılışında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, ötən il keçirilən “Formula” yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirilib:

“Bu ifaya qonaqların da reaksiyası yaxşı oldu. Dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və himni ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu dedilər. Onlar himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar”.

“Gənclərdə vətənpərvərlik hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də, digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxumalıdır”, – deyə nazir qeyd edib.

İnterPress.az