Rac Qasımov: Biz Ukraynada daha da güclənməliyikbackend

Rac Qasımov: Biz Ukraynada daha da güclənməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin sədri Rac Qasımov DiasporPress.az-a geniş müsahibə verib.

-UABD-nin Jitomir nümayəndəliyini barədə bir qədər ətraflı danışmanızı xahiş edərdik.

Ən vacib işimiz Azərbaycan Respublikasının Ukraynada xüsusən Jitomir şəhər ictimaiyyətinə müstəqil bir dövlət kimi tanıdılması, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar facisəi, 31 mart soyqırımı haqqında məlumatların yayımlanması və Azərbaycana qarşı törədilən haqsızlıqlara ədalət tələb edilməsidir. Əlbəttə ki, siyasi-coğrafi amillərin hərəkəti bu vəzifələri hər dəfə yenidən istiqamətləndirir, işimizə yeni üslub verir. Bu mənada araşdırma, tədqiqat prinsipi gün-gündən qüvvət alır. Son zamanlar prioritet məsələlər daha çox intellektual, akademik, elmi-mədəni kontekstdə müzakirəyə qoyulur və mübarizə məhz bu səviyyədə aparılır.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin işində diaspor fəaliyyəti ilə yanaşı lobbizm böyük yer alır və biz çalışırıq ki, buna nail olaq. Bu istiqamətdə Azərbaycanın mədəniyyət və incəsənətinin təqdimatı da böyük rol oynayır. Eyni zamanda Qarabağ mövzusunda olan tədbirlərdə keçiririk.

– Ukrayna Azərbaycana dost ölkədir. Orada Azərbaycan diasporu necə inkişaf edib?

– Ukrayna və Azərbaycan münasibətləri dost dövlət münasibətlərindədir. Ukraynada güclü Azərbaycan diaspor fəaliyyət göstərir. Buna baxmayaraq biz dahada güclənməliyik.

– Ukraynada yaşayan azərbaycanlıların əsas problemlərinə nələr daxildir?

– Əslində nə qədər dost ölkə olsaqda imiqrant hər yerdə olduğu kimi burda da bir çox problemlərlə üzləşə bilir. Bir çox həmvətənimizin Qeydiyyatları olmadıqlarına görə təhsil ala, səhiyyə xidmətlərindən istifadə edə, iş qura, mülk sahibi ola bilmirlər.

– Diaspor Komitəsinin son aylardakı fəaliyyətini necə dəyərləndirirsiz?

– Diaspor Komitəsindəki yenilənmə və yeni komitə rəhbərliyinin fəaliyyətə başladığı gündən olan aktiv fəaliyyəti bizə stimul verdi. Son illərdə Azərbaycanda dövlət qurumlarında diaspor fəaliyyətınə xüsusi yer verilməsi siyasəti o sahələrdə fəaliyyətin aktivləşməsinə və uğurlu nəticələrə nail olub. Bu siyasət Diasporla İş üzrə Dövlət Komitəsində də davam etdirildi. Bu qısa müddətdə təkcə Ukraynada bir neçə dəfə Komitə rəhbərliyi və nümayəndələri ilə görüş keçirilib. Gələcək planlar müzakirə edilib, problemlərin həll yolları axtarılıb. Lakin öncəki illərdə Komitə nümayəndələri ilə görüşümüzü xatırlamıram.

Bu, qısa müddətdə belə nailiyyət, gələcək üçün Xocalının, Azərbaycanın tanınması, diaspor nümayəndəlikləri arasında sıx əməkdaşlığın yaradılması yolunda daha da böyük işlərin həyata keçməsində ümid yaradır.

İnterPress.az