Səudiyyə Ərəbistanı NOPEC qəbul edildiyi halda cavab addımlar atacaqbackend

Səudiyyə Ərəbistanı NOPEC qəbul edildiyi halda cavab addımlar atacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Reuters”ə istinadən xəbər verir ki, hazırda Konqresdə müzakirə olunan və NOPEC (No Oil Producing and Exporting Cartels Act) adı ilə tanınan qanun layihəsi qəbul olunacağı təqdirdə ABŞ məhkəmələrində OPEC ölkələrinə qarşı neftin qiymətini artırmaq məqsədi ilə hasilatı tənzimləməkdə ittiham etməyə əsas yaradacaq.

Ekspertlərin fikrincə, bu qanun neft bazarında mənfi nəticələr doğura bilər.

Səudiyyə Ərəbistanının neft sövdələşmələri zamanı ABŞ dollarından imtina etməsi ehtimalını şərh edən agentlik mənbələrinə istinadən bu məsələnin ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən müzakirə olunduğunu diqqətə çatdırıb. Mənbələr bu planın digər OPEC üzvləri ilə də müzakirə olunduğunu, habelə ABŞ Enerji Departamenti nümayəndələrinin də xəbərdar olunduğunu bildiriblər.

Səudiyyə Ərəbistanı neft ticarətində ABŞ dollarından imtina edərsə, ABŞ valytasının əsas ehtiyat valyutası statusuna xələl gətirərək ABŞ-ın dünya ticarətinə təsirini zəiflədəcək, başqa ölkələrə qarşı sanksiyalarının səmərəsini azaldacaq.

Lakin NOPEC-in qəbul edilmə ehtimalının az olduğu bildirilir. Belə ki, ötən ay “Bloomberg” mənbələrinə istinadən xəbər vermişdi ki, “CERAWeek” konfransı zamanı Vaşinqtonda sərmayəçilərlə qapalı görüşdə nitq söyləyən Birləşmiş Ərəb Əmirlikləri enerji naziri Süheyl əl Məzrui NOPEC qəbul olunacağı təqdirdə əsas zərbənin ABŞ-ın şist neft hasilatına dəyəcəyini, OPEC-in əslində dağılacağını, üzv ölkələrinin də hasilatı maksimum dərəcədə artıracağını, nəticədə dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşacağını qeyd etmişdi.

İnterPress.az