Partiya sədri: “Divin canı şüşədə olduğu kimi, deyəsən, AXCP sədri Əli Kərimlinin də canı mitinqlərdədir”backend

Partiya sədri: “Divin canı şüşədə olduğu kimi, deyəsən, AXCP sədri Əli Kərimlinin də canı mitinqlərdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə etməli, Feysbuk üzərindən tez-tez fikirlərini bölüşmək, Sevinc Osmanqızının və Qənimət Zahidin verilişlərində az qala hər gün camaatın gözlərini yağır etmək cənab Kərimliyə bəs etmir. Yooox, adama mütləq \”Məhsul\” stadionu lazımdır. Adam stadion və izdiham üçün çox darıxıb. Əli bəy izdihamdan enerji alır. O, izdiham qarşısında çıxış edəndə özünü həqiqətən də vacib adam hesab edir. Eynən Hitlersayağı narsissizm və özünəvurğunluq…

Sözün açığı, mən Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) özünü demokratik qüvvələrin Milli Şurası adlandıran məlum qurumun və AXCP-nin 6 aprel mitinqinə nəyə görə icazə verməməsinin səbəbini bilmirəm. Amma çox istərdim ki, BŞİH onların aksiya keçirmək istəyinə razılıq versin və Ə.Kərimli cənabları da stadionda quraşdırılmış tribunaya qalxıb içindəki yığılıb qalmış mənfi enerjisini mitinq iştirakçılarına ötürsün və beləliklə, biraz rahatlıq tapsın, dincəlsin. Onsuz da Yutub üzərindən canlı yayımlarında izləyicilərinin sayını heç olmasa 10 min nəfərə qədər çatdıra bilməyən bu adamın mitinqdəki eyni məzmunlu çıxışlarını dinləməyə uzaq başı 5 min nəfər gələcəkdi. Qoy gəlsinlər. Onlara mane olmayaq. Axı onların gəlişi Əli bəyin psixoloji rahatlıq tapmasına, hüzura qovuşmasına kömək edə bilər. Məncə, Əli bəyi bu köməkdən məhrum etməyək ))

Görünən mənzərə budur ki, BŞİH-in 6 aprel mitinqinin keçirilməsinə razılıq verməməsi AXCP sədrini sözün əsl mənasında dəli vəziyyətinə salıb. Adam sağa-sola qəzəbli açıqlamalar verməklə məşğuldur. Bu hirs, bu hikkə əvvəl-axır Əli bəyi bitirəcək. Axı biz nə edə bilərik ki, adam özünü yalnız və yalnız mitinqlərə fokuslayıb. 30 ilin qosqoca siyasətçisinin mitinqlərdən başqa bu gün işə yarayası, rəğbət qazanası, səmərə verə biləcək heç bir alternativ siyasi mübarizə üsulları yoxdur. Bu isə o deməkdir ki, mitinqlər yoxdursa, deməli, Əli Kərimli də mövcud deyil. Əli Kərimli isə bu həqiqətlə heç cürə barışa bilmir. Axı həqiqət çox acıdır.

Əlisahib Hüseynov –

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri