“Barselona” Messiyə yeni müqavilə təklif edəcəkbackend

“Barselona” Messiyə yeni müqavilə təklif edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bu barədə klub prezidenti Xosep Mariya Bartomeu açıqlama verib.

O, argentinalı hücumçu ilə sözləşməni 2017-ci ildə 4 il müddətinə uzatmalarına baxmayaraq, bir daha belə bir addım atmaq istədiklərini söyləyib: \”Biz Messi ilə müqaviləni yeniləmək istərdik. O, hələ gəncdir, hazırkı sözləşməsinin bitiminə daha 2 il var. Amma daim öz üzərində çalışır. İnanıram ki, qarşıda neçə illəri var. Yaxın aylarda danışıqlara başlayacağıq ki, bu illərini komandamızda keçirsin. Messi bir klubun adamıdır. Məsələ təkcə meydanda etdikləri ilə bağlı deyil. Onun klubumuzla əlaqəsi uzun müddət davam edəcək. İstərdik ki, Messi həmişə \”Barsa\”da olsun\”.

Qeyd edək ki, Lionel Messi \”Barselona\”da 2003-cü ildən çıxış edir. Bu mövsüm 31 yaşlı hücumçu \”Barselona\”da, ümumilikdə, 39 oyuna 42 qol vurub.

İnterPress.az