Prezident turistlərin iki dəfə artırılmasını tapşırdı – Qurumlar hərəkətə keçdibackend

Prezident turistlərin iki dəfə artırılmasını tapşırdı – Qurumlar hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizmlə bağlı təkliflər digər dövlət qurumları ilə müzakirə edilib: “İnfrastruktur və Azərbaycana turistlərin gəlməsi üçün daha əlverişli şəraitin yaradılması ilə bağlı təkliflərimiz var.

Eyni zamanda, nəqliyyat vasitələri, viza sistemi və sair ilə bağlı təkliflər də var. Bütün bunların hamısı formalaşdırılıb və digər dövlət strukturları ilə müzakirə edilib”.

“Prezident ilham Əliyevin tapşırığı ondan ibarətdir ki, turistlərin sayı yaxın illərdə iki dəfə artsın. Bunu təmin etmək üçün əlbəttə ki, ölkə daxilində və xaricində marketinq tədbirləri keçirməli, araşdırmalar aparılmalı və təbliğat işləri aparılmalıdır.

Hazırda Dövlət Turizm Agentliyi bu yöndə işlər aparır”, – deyə agentlik rəmisi qeyd edib.