Ali Məhkəmə müğənni Təranə Qumralla bağlı qərarını elan edibbackend

Ali Məhkəmə müğənni Təranə Qumralla bağlı qərarını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Salayevanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS kanalının “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə, öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan N.Salayeva apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra N.Salayeva kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

İnterPress.az