Partiya sədri: “Azərbaycana qarşı dil uzadanların dilləri kəsilməlidir”backend

Partiya sədri: “Azərbaycana qarşı dil uzadanların dilləri kəsilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Rusiyada yaşayan bəzi dırnaqarası \”azərbaycanlı\”lar eynilə Orduxan Teymurxanın, Tural Sadıqlının, Məhəmməd Mirzəlinin və bu qəbildən olan digər ünsürlərin, sapıqların xəttini davam etdirmək, söyüş ritorikasını Rusiya müstəvisinə keçirmək istəyirlər. Onların arasında özlərini talış millətinin nümayəndəsi kimi təqdim edən bir dayı-bacıoğlu cütlüyü xüsusi fəallığı, canfəşanlığı ilə fərqlənir. Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bu qohumlar Azərbaycan hakimiyyətinin ünvanına hər cürə təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirlər. Mən Yutub üzərindən onların bir-iki çıxışlarını izləmişəm. Və sözün açığı, nifrət eləmişəm onlara. Çünki bu şərəfsizlər bilərəkdən məhz etnik kartdan, milli ayrı-seçkilik amilindən istifadə etməklə Azərbaycanda separatizm meyllərini körükləməyə çalışırlar.

Bu çox təhlükəli tendensiyadır və bu cür təxribatçı ünsürlərlə bağlı ciddi şəkildə ölçü götürülməlidir. Onların cavabını məncə, ilk növbədə Azərbaycanı öz vətəni hesab edən, Azərbaycan dövlətinə bir vətəndaş kimi sayğı ilə yanaşan talış əsilli vətəndaşlarımız verməlidirlər. Bununla paralel olaraq rəsmi qurumlarımız, Rusiyadakı səfirliyimiz də bu ölkənin əlaqədar rəsmi strukturları ilə təmasa keçib gərəkən addımları atmalıdır. Bir sözlə, Azərbaycana qarşı dil uzadanların dilləri kəsilməli, əlləri qandallanmalıdır! Biz erməni dəyirmanına su tökən milli satqınları, nankor dönükləri harda olmaqlarından asılı olmayaraq tapıb sərt şəkildə cəzalandırmalıyıq ki, bu onların yandaşlarına da, onların gizli dəstəkçilərinə də dərs olsun!

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri