Emin rusiyalı məşhurları mükafatlandırdıbackend

Emin rusiyalı məşhurları mükafatlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jara Music Awards” musiqi mükafatının qaliblərini müəyyənləşdirən isə tamaşaçılar və münsiflər heyəti olub. Münsiflər heyətinin tərkibində şou biznesin nümayəndələri və məşhur prodüserlər olub.

İnterPress.az xəbər verir ki, mükafatlandırma mərasimində Rusiya şou-biznesinin populyar simaları iştirak edib. Onlar arasında Filip Kirkorov, Valeriya, Dima Bilan, Sergey Lazarev, Yana Rudkovskaya, Natalya Çistyakova, Aleksey Çumakov, Yuliya Kovalçuk, Olqa Bzova, Dakota və digər ulduzlar yer alıb.

Emin qırmızı xalı üzərindən oğlu Əli ilə birlikdə keçərək kameralar önünə çıxıb. Daha sonra isə gecənin qəhrəmanı və mərasiminin yaradıcısı, həmkarı Qriqoriy Lepslə birlikdə mahnı ifa edib.

Filip Kirkorov “İlin ən yaxşı klipi”, Svetlana Loboda “Ən yaxşı qrup”, Dima Bilan “Ən yaxşı mahnı”, bu il Avroviziyada Rusiyanı təmsil edəcək Sergey Lazarev isə “İlin müğənnisi” nominasiyasında mükafat alıblar.

“Jara Music Awards”ın növbəti mükafatlandırma mərasiminin keçiriləcəyi vaxt da artıq müəyyənləşib. Belə ki, gələn il sayca 3-cü möhtəşəm gecə aprelin 4-ünə təsadüf edəcək.

İnterPress.az