Sankt-Peterburqda diaspora rəhbəri “Şuşa”nı qumarda uddubackend

Sankt-Peterburqda diaspora rəhbəri “Şuşa”nı qumarda uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərdə yaşayan soydaşlarımızın verdiyi məlumata görə, Vaqif Məmişov \”Şuşa”restoranını Əli Salmanovdan zor gücünə alıb və bu gün restoranın sahibinə obyektinə girmək belə qadağan edilib. Məlumatda o da iddia edilir ki, Vaqif Məmişov \”Şuşanı” Əli Salmanovdan 20 milyon rubul borc (təqribi üç yüz min manat) müqabilində əlindən alıb. Borcun yaranma səbəbinə gəlincə, məlumatda iddia edilir ki, Əli Salmanovla Vaqif Məmişov arasında bir qumar oyunu həyata keçib və bu qumar oyununda restoran sahibi Vaqif Məmişova borclanıb. Vaqif Məmişov da borc qarşılığında, yəni 20 milyon rubul, təqribən üç yüz min manat əvəzinə Əli Salmanovun 1 milyon dəyəri olan olduğu qeyd edilən \”Şuşa”restoranını əlindən alıb.

Məlumata görə, Əli Salmanov bu hadisədən sonra ağır depressiyaya girib və vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin yaxşı olmadığı deyilir. İddia edilir ki, Əli Salmanova V.Məmişovdan Sankt-Peterburq hüquq-mühafizə orqanalrına şikayət etməsi və əmlakını geri alması məsləhət edilsə də, o, Məmişovdan qorxduğundan bunu edə bilmir.

Redaksiya olaraq, Vaqif Məmişovla əlaqə saxlamağa çalışdıq və onun məlum mobil telfonuna dəflərlə zəng etsək də, cavab vermədi. Amma Vaqif Məmişova idialarla bağlı suallarımızı onun mobil telfonunun vatsapp proqramı vasitəsi ilə göndərərək cavablandırmasın xahiş etdik. Cavab verəcəyi təqdirdə Vaqif Məmişovun da mövqeini dərc etməyə hazırıq. (veteninfo.az)

İnterPress.az