Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Diaspor liderinin doğum günüdür-TƏBRİK

Sahil Qasımov Avropada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Dərc edilib: 7 aprel 2019 [22:19]
Baxış sayı: 6452

İnterPress.az xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Avropa Azərbaycanlıları Konqresinin Prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Surasının üzvü , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Niderland Krallığında rəsmi təmsilçisi, Brusseldə "Avropa Parlamenti"ndə, Lüksemburqda "Avropa Komissiyası"nda və Strasburqda "Avropa Şurası"nda lobbis kimi akkreditə olunmuş Sahil Qasımovun doğum günüdür.

Sahil Qasımov Avropada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Avropa ölkələrində qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

Sahil Qasımov Avropada təhsil alan gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, azərbaycanlılar üçün dərsliklər çap olunmasından tutmuş, Avropada bir neçə ali təhsil müəssisəsində "Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.

Sahil Qasımovun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Avropada Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Avropada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

Sahil Qasımov Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edib.

Bizdə İnterPress.az olaraq Sahil Qasımovu səmimmi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122