Müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcəkbackend

Müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək.

MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.
Qeyd edək ki, aprelin 5-də \”Space” TV-nin \”Hər səhər\” verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.

MTRŞ buna görə \”Space\” TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.

İnterPress.az