Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şagirdi intihar edən məktəb direktorunun şok səs yazısı yayıldı

Məktəbin psixoloqu Könül Ağayevə ilə də görüşmək mümkün olmayıb.

Dərc edilib: 8 aprel 2019 [12:42]
Baxış sayı: 7773

Özünü 162 nömrəli məktin dördüncü mərtəsindən ataraq intihar edən 14 yaşlı Elina Hacıyeva ilə bağlı açılan cinayət işinə görə hüquq mühafizə orqanlarının əməkdaşları bu gün məktəbdə olublar.

“Yeni Sabah”ın əməkdaşı hadisənin baş veriyi məktəbdə olub. Məktəbin mühafizəçisi əməkdaşımızı direktor Sevinc Abbasova ilə görüşməyinə icazə verməyib. Buna səbəb kimi BŞTİ-dən icazə verilməsinin tələb olunduğunu deyib.

Məktəbin psixoloqu Könül Ağayevə ilə də görüşmək mümkün olmayıb.

Hazırda məktəbdə Səbail rayon Prokrorluğunun nümayəndələri məktəbdə Elinanın sinif yoldaşlarının valideynləri ilə görüşür. Məktəb isə polis nəzarətindədir.

Şagirdlərin dediklərinə görə, Elinaya məktəbdə münasibət birmənalı olmayıb: “Çox tərbiyəsiz qız idi. Gəzmədiyi oğlan qalmamışdı. Mini geyirdi, gündə saçına bir rəng qoyurdu. Oğlanlarla qəlyana gedirdi. Tənəffüsdə siqaret çəkirdi. Uşaqlar onu pivə içən yerdə görüb. Müəllimlər onu tez-tez danlayır. Məktəbdə hamı onu söyürdü”. Uşaqlar “Niyə belə danışırsınız” sualına belə cavab veriblər: “Müəllimlər deyir, biz də edirik”.

Bu arada uşaqların onlara belə danışması ilə bağlı məktəb rəhbərliyinin tapşırıq verməsi öz təsdiqini tapıb. Movqe.az saytı 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın hadisədən sonra Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz səs yazısını yayıb.

Direktor çox güman ki, müəllimlərə tapşırıq verir ki, onlar verdikləri ifadələrdə Elinanın ailəsinin pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazsınlar.



İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116