Tacikistana qərb istiqamətdən gələn yüklər Azərbaycan və Qazaxıstan əraziləri ilə daşınacaqbackend

Tacikistana qərb istiqamətdən gələn yüklər Azərbaycan və Qazaxıstan əraziləri ilə daşınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “EADaily”yə istinadən xəbər verir ki, Özbəkistanla Türkmənistan sərhədindəki Alat buraxılış məntəqəsində Tacikistan nömrəsi olan 40-dan çox tırdan ibarət növbə yaranıb.

“Əhbar” xəbər verir ki, daşıyıcıların məsələni həll etmək üçün üz tutduğu Tacikistan Nəqliyyat Nazirliyinin Türkmənistan hökuməti ilə apardığı danışıqlar nəticə verməyib: “Bizə Qazaxıstan yolunu məsləhət görüblər. Yəni İran, Türkiyə, Körfəz ölkələrindən yük daşıyan tırlar əvvəlcə Azərbaycana, sonra bərə ilə Qazaxıstana getməli, oradan da Tacikistana yola davam etməlidir. Bu yolun uzunluğu 4200 kilometr, Türkmənistan ərazisi ilə isə cəmi 1300 kilometrdir. Nəticədə nəqliyyat xərclərinin artması məhsulların qiymətinə təsirsiz ötüşməyəcək. Üstəlik Türkmənistandan 25 tonluq maşınlar keçirdisə, Qazaxıstan hökuməti 20 tondan çox icazə vermir”.

“EADaily” xatırladıb ki, mart ayının ortalarında Qazaxıstanla Özbəkistan sərhədindəki Qazıqurt buraxılış məntəqəsində də Özbəkistan tərəfindən gələn 180-dək avtonəqliyyat vasitəsi ilişib qalmışdı. O vaxt Qazaxıstan hökuməti hadisəni informasiya sistemindəki nasazlıqla əsaslandırmışdı.

İnterPress.az